Goranboyda bıçaqlanan şəxsin kimliyi məlum olub

Hadisə
  • 05 may, 2018
  • 19:46
Goranboyda bıçaqlanan şəxsin kimliyi məlum olub

Goranboy. 5 may. REPORT.AZ/ Goranboy rayonunda yerli sakin qonşusu tərəfindən bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Dəyirmanlar kənd sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Həsən Çoban oğlu mübahisə zəminində qonşusu tərəfindən boyun nahiyəsindən bıçaq xəsarəti alıb.

O, yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralının vəziyyətinin ağır olduğundan o, əməliyyat olunub.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.