Goranboyda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB İlkin ehtimala görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub
Hadisə
1 Mart , 2017 02:19
Goranboyda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboy. 1 mart. REPORT.AZ/ Gecə saatlarında Goranboyun Dəliməmmədli qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes-Benz" markalı avtomobilin yol kənarındakı maneə çırpılması nəticəsində  4 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralılardan ikisi - 1996-cı il təvəllüdlü İbarahimova Əfsanə Sədrəddin qızı və 1989-cu il təvəllüdlü, Mustafayeva İlahə Naqil qızı travmatologiya şöbəsinə yerləşdiriliblər.

Digər yaralılar - 1985-ci il təvəllüdlü, Tağıyeva Esmira Eldar qızının və 1985-ci il təvəllüdlü Mustafayev Xəyal Akif oğlunun vəziyyəti ağır olduğundan onlar Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə köçürülüblər.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi