Goranboyda bacısını öldürən şəxs: "Onun başqa kişilərlə gəzdiyini eşidirdim"

Goranboyda bacısını öldürən şəxs: "Onun başqa kişilərlə gəzdiyini eşidirdim" Goranboy. 30 mart. REPORT.AZ/ Goranboy rayonunun İrəvanlı kəndində 7 il əvvəl bacısını öldürərək basdıran şəxs istintaqa ifadə verib.
Hadisə
30 Mart , 2018 11:59
Goranboyda bacısını öldürən şəxs: Onun başqa kişilərlə gəzdiyini eşidirdim

Goranboy. 30 mart. REPORT.AZ/ Goranboy rayonunun İrəvanlı kəndində 7 il əvvəl bacısını öldürərək basdıran şəxs istintaqa ifadə verib.

"Report"un Qərb bürosunun əldə etdiyi məlumata görə, rayon sakini, 1985-ci il təvəllüdlü Aydın Hüseynov Çingiz oğlunun barəsində Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb və A.Hüseynov istintaqa cəlb olunub.

Dindirilmə zamanı A.Hüseynov bacısını qısqanclıq zəminində öldürdüyünü və həyətlərindəki yardımçı tikilinin zirzəmisində basdırdığını bldirib: "Bacım düzgün yolda deyildi. Ərindən boşanmışdı. Onu bir neçə dəfə döysəm də pis işlərdən əl çəkmirdi. Boşandıqdan 3 il sonra bacıma dəfələrlə xəbərdalıq etdim. Ona "səni öldürəcəyəm" demişdim. O isə öz əməlindən əl çəkmirdi. Bir neçə dəfə bacımı başqa kişilərlə telefonla danışdığını görüb möhkəm döymüşdüm. Tez-tez onun başqa kişilərlə gəzdiyini eşidirdim. Hər dəfə belə bir şey eşidəndə onu döyürdüm. Sonuncu dəfə əsəblərimə hakim ola bilmədim və onu boğaraq öldürdüm. Öldürəndən sonra meyiti zirzəmidə basdırdım. Daha sonra bütün qohumlarıma dedim ki, bacımı evdən qovmuşam və o da qaçıb Bakıya gedib. Bir müddətdən sonra qohumlar bacımın axtarışlarına başlandığını görüb onlara bacımın Türkiyədə ailə qurduğunu və bundan sonra orada yaşayacağını dedim". 

Qeyd edək ki, uşaq vaxtlarından atalarını itirən R.Hüseynova ailədə 2 qardaş və 3 bacı olublar.

Son xəbərlər

Orphus sistemi