Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var

Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
25 iyul 2023 23:48
Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, “VAZ-21015” markalı minik avtomobili ot bağlamaları daşıyan traktorun qoşqusuna çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Şəmkir rayon sakinləri, 1969-cu il təvəllüdlü Şannaz Namazova, 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 2014-cü il təvəllüdlü Kənan Rüstəmli və 2011-ci il təvəllüdlü Aytən Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onlardan 4-nün vəziyyəti kafi digərlərinin vəziyyəti isə normal qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı traktorun qoşqusu zərbənin gücündən aşıb, yük yerində olan çox sayda ot bağlaması əraziyə dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi