Goranboyda avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB

Goranboyda avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB Goranboy. 31 avqust. REPORT.AZ/ Goranboy rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub.
Hadisə
31 Avqust , 2018 22:28
Goranboyda avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB
Report

Goranboy. 31 avqust. REPORT.AZ/ Goranboy rayonunda baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar 2003-cü il təvəllüdlü Mövsüm Rafail oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Samir Şakir oğlu Hüseynov, 1993-cü il təvəllüdlü Fuad Rafiq oğlu Məmmədov, onun həmyaşıdı Kamran Saday oğlu Alıyev və 1989-cu il təvəllüdlü İsmayıl Rza oğlu Məmmədovdur. 

Yaralılardan İ.Məmmədovun vəziyyəti ağırdır, onun müalicəsi reanimasiya şöbəsində davam edir. Hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. ***19:31


Goranboy. 31 avqust. REPORT.AZ/ Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Qızılhacılı kəndində "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. 

Zərbənin gücündən "VAZ" markalı maşın deformasiyaya uğrayıb. Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

FHN-nin xilasediciləri xüsüsi ələtlər vasitəsi ilə avtomobilin içində köməksiz qalan yaralıları çıxarıb və GOranboy Rayon Mərkəzi Xəstəxansına çatıdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***18:59

Goranboy. 31 avqust. REPORT.AZ/ Goranboy rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. 

Qəza nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. 

Hadisə yerinə yol polisi əməkdaşları, təcili tibbi yardım briqadası və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi