Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var
Hadisə
- 05 iyun, 2023
- 21:42
Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy rayon Sarov kənd ərazisində 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində 1950-ci il təvəllüdlü Rəhim Əşrəf oğlu Quliyev, 2006-cı il təvəllüdlü Elgün Teymur oğlu Bayramov, 2007-ci il təvəllüdlü Şəhriyar Vüqar oğlu Əhmədov və 2007-ci il təvəllüdlü Zərqəm Ruslan oğlu Məmmədov xəsarət alıblar.
Zərərçəkmişlər Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıblar.
Onlardan birinin vəziyyəti orta-ağır, digərlərinin kafi və qənaətbəxş hesab olunur.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48
Hava proqnozu dəyişib: Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya23:33
İsrail Qəzzada yas mərasmini bombalayıb, 8 nəfər həlak olub
Digər ölkələr23:26
Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib
Komanda23:11
Yunanıstan Ukraynaya "Patriot" ZRK-ların verilməsi ilə bağlı müraciəti rədd edib
Digər ölkələr23:00