Goranboyda yol qəzasında ölən və yaralananın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Goranboyda yol qəzasında ölən və yaralananın şəxsiyyəti məlum olub - YENİLƏNİB Goranboy rayonunda yol qəzasında ölən və yaralananın şəxsiyyəti dəqiqləşib.
Hadisə
18 Sentyabr , 2019 19:19
Goranboyda yol qəzasında ölən və yaralananın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Goranboy rayonunda yol qəzasında ölən və yaralananın şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tərtər istiqamətində hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Günel adlı qadın hadisə yerində ölüb, Tərtər rayon sakini, 1990-cı il təvəllüdlü Tural Zabil oğlu Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.


*** 18:37

Goranboy rayonununda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Balakürd kəndi ərazisində qeydə alınıb.  

Belə ki, avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində bir qadın hadisə yerində ölüb, bir kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi