Goranboyda avtomobil at arabasını vurub, xəsarət alan var

Goranboyda avtomobil at arabasını vurub, xəsarət alan var Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Oktyabr , 2019 23:02
Goranboyda avtomobil at arabasını vurub, xəsarət alan var

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Quşçular kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil at arabasını vurub. Nəticədə arabada olan 1991-ci il təvəllüdlü Maarif Ramazanov xəsarət alıb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi