Goranboyda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Hadisə
  • 19 iyul, 2018
  • 05:04
Goranboyda avtomobil ağaca çırpılıb, sürücü ölüb
Report

Goranboy. 19 iyul. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Safıkürd kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov İlqar Elman oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil ağaca çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi