Goranboyda avtomobil ağaca çırpılıb, iki nəfər ölüb - YENİLƏNİB

Goranboyda avtomobil ağaca çırpılıb, iki nəfər ölüb - YENİLƏNİB Goranboy rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
16 May , 2023 09:30
Goranboyda avtomobil ağaca çırpılıb, iki nəfər ölüb - YENİLƏNİB

Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir

09.16

Goranboy rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xoylu kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtomobilin ağaca çırpılması nəticəsində Elvin Quliyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Nicat Nəbiyev isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi