Goranboyda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb

Goranboyda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb Goranboy. 12 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda ağır yol qəzası baş verib.
Hadisə
12 Oktyabr , 2018 12:16
Goranboyda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb
0 : 00
0 : 00

Goranboy. 12 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Goranboy rayonunun Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub, K.Quliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı boruya vurub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Xocalı rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi