Goranboyda 51 yaşlı kişi qətlə yetirilib - FOTO - YENİLƏNİB
Hadisə
- 12 mart, 2017
- 05:23
Goranboy. 12 mart. REPORT.AZ/ Goranboy rayonunun Qaraçinar kəndində 51 yaşlı kişi qətlə yetirilib.
"Report"un Qərb bürosu xəbər verir ki, Kəlbəcər sakini olan Mübariz Məmmədovun meyiti gecə saatlarında aşkar edilib.
Yaxınları onun ölüm xəbərindən telefon vasitəsi ilə xəbər tutublar. Bildirilib ki, M.Məmmədovun meyiti Goranboy rayon Xəstəxanasının Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin meyitxanasına yerləşdirilib.
Qətli mərhumun yaxın qohumu olan 46 yaşlı Kəlbəcər sakini Natiq Qafarov törədib. Bir yerdə fəhləlik edən qohumlar arasında yeyib-içdikdən sonra mübahisə düşüb və hadisə ondan sonra baş verib.
Son xəbərlər
02:38
Trampın reytinqi ikinci prezidentlik müddətində ən aşağı səviyyəyə düşüb
Digər ölkələr02:09
Çin ABŞ dövlət istiqrazlarına yatırımlarını 633,4 milyard dollara qədər azaldıb
Digər ölkələr01:58
Ərdoğan Trampla İran və Qəzzanı müzakirə edib
Region01:36
FİFA İnfantinonu tənqid edən direktoru işdən çıxarıb
Futbol01:15
İsrail ordusu Qəzzada qalacaq
Digər ölkələr00:31
Trampın kürəkəni: HƏMAS-ın tərksilah edilməsi artıq 30 gün ərzində başlaya bilər
Digər ölkələr00:17
Rusiya nefti daşıyan tanker Qara dənizdə PUA hücumuna məruz qalıb
Digər ölkələr23:45
Rodri "Barselona"ya keçib
Futbol23:21