Goranboy. 16 iyul. REPORT.AZ/ Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy şəhər sakini 1971-ci il təvəllüdlü Əliyev Ceyhun Zahid oğlu yaşadığı evdə özünü asaraq intihar edib. İlkin məlumatlara görə, onun pisxoloji problemləri olub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.