Goranboyda zəhərlənmə hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1983-cü il təvəllüdlü S.Əhmədova müalicəsinə görə qəbul etdiyi dərmanı bilmədən normadan artıq istifadə etdiyi üçün zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən ona tibbi yardım göstərilib.
Qadının vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.