Goranboy. 19 fevral. REPORT.AZ/ Goranboy rayonunun Şəfəq kəndi ərazisində yaşadığı evdə özünü güllələyərək öldürən şəxsin adı məlum olub.
"Report"un məlumatına görə, kənd sakini, 47 yaşlı Rövşən Ənvər oğlu Qurbanov ov tüfəngi ilə baş nahiyəsinə atəş açaraq intihar edib. İntiharın səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhumun 2 övladı var.
*** 16:49
Goranboy. 19 fevral. REPORT.AZ/ Goranboy rayonunda baş verən güllələnmə hadiəsinin təfərrüatı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şəfəq kənd sakini, özün gülləyəyərək intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün
*** 15:21
Goranboy. 19 fevral. REPORT.AZ/ Goranboy rayonunda silahlı insident baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Şəfəq kəndi ərazisində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum omayan orta yaşlı kişi güllə yarası alaraq ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Əlavə məlumat veriləcək.