Goranboyda 2 avtomobil toqquşub, sürücülər xəsarət alıblar

Hadisə
  • 15 fevral, 2018
  • 06:57
Goranboyda 2 avtomobil toqquşub, sürücülər xəsarət alıblar
Report

Goranboy. 15 fevral. REPORT.AZ/ Goranboy rayonunda baş verən avtomobil qəzasında sürücülər xəsarət alıblar.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Rüfət Hüseynovun idarə etdiyi "VAZ" markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan birinə yerində tibbi yardım göstərilib, vəziyyəti normaldır. R.Hüseynov isə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.