Goranboy sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Goranboy sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Mart , 2018 08:58
Goranboy sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Goranboy. 16 mart. REPORT.AZ/ Goranboy rayonunda bəbəxt hadisə nəticəsində ölən şəxsin adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Xanqərvənd kəndinin sakini, 1941-ci il təvəllüdlü Aslanov Məhərrəm Sarı oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***8:44

Goranboy. 16 mart. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Belə ki həmin kəndin hələlik şəxsiyyəti məlum olmayan sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi