Goranboyda 32 yaşlı qadın intihar edib - YENİLƏNİB

Goranboyda 32 yaşlı qadın intihar edib - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Oktyabr , 2017 19:06
Goranboyda 32 yaşlı qadın intihar edib - YENİLƏNİB

Goranboy. 6 oktyabr. REPORT.AZ/ Goranboyda özünü asaraq intihar edən qadının kimliyi məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, bu, rayonun Zeynallı kənd sakini, 1985-ci il təvəllüdlü Günel Yüsif qızı Qasımovadır. 

O özünü yaşadığı evin həyətində kəndirlə asaraq intihar edib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə haddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


***18:49

Goranboy. 6 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zeynallı kəndində qeydə alınıb. 

Hələlik adı məlum olmayan gənc qadın özünü asaraq intihar edib. Onun cansız meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar olunub. Hadisə yerinə Təcili Tibbi Yardıma maşını çağırılıb və polisə məlumat verilib.  

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi