Gürcüstandan Azərbaycana mobil telefonların və siqaretlərin qanunsuz gətirilməsinin qarşısı alınıb
Hadisə
- 07 yanvar, 2019
- 07:37
Bakı. 7 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən “Report”a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunun tavanından 11 ədəd "Samsung Galaxy J2" markalı mobil telefonlar və 1 400 ədəd "Gold Marlboro Edge " markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:35
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
Hadisə01:11
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
Xarici siyasət00:44
Tramp İrana nüvə zərbələri endirilməsini istisna edib - YENİLƏNİB
Digər ölkələr00:41
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir
Digər ölkələr00:13
Ankarada "Kültür Yolu" Festivalının açılışı Üzeyir Hacıbəylinin əsərləri ilə olacaq
Mədəniyyət siyasəti23:52
İsrail ordusu Qəzzada HƏMAS komandirini zərərsizləşdirib
Digər ölkələr23:33
Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
Region23:20
Ermənistanda Türkiyə ilə birgə biznes-forum keçiriləcək
Region22:46