Gömrük Komitəsinin rüşvət alarkən tutulan polkovnikinin məhkəməsinin vaxtı açıqlanıb

Gömrük Komitəsinin rüşvət alarkən tutulan polkovnikinin məhkəməsinin vaxtı açıqlanıb Cinayət işi hakim Azad Məcidovun icraatına verilib
Hadisə
8 Noyabr , 2018 17:10
Gömrük Komitəsinin rüşvət alarkən tutulan polkovnikinin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Rüşvət almada təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı N.İmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses noyabrın 14-nə təyin edilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, DKG-nın yaydığı məlumata əsasən, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi