Gəncədə zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Gəncədə zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
23 Oktyabr , 2019 00:14
Gəncədə zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Foto: "Report"

Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2107", "Mercedes" və "VAZ-21011" markalı avtomobillərin iştirakı ilə baş vermiş qəzada, hər üç avtomobilin sürücüləri, Əliyev Elvin İmaməddin oğlu, Cəfərov İkram Nadir oğlu Hacıyev Məsim Əbülfət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Faktla bağlı araşdırma aparılır.


*** 23:14

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi