Gəncədə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB
- 13 mart, 2019
- 17:48
Gəncədə 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində baş vermiş avtomobil qəzası zamanı, 1982-ci il təvəllüdlü Kamil Oktay oğlu Mahmudov və 1995-ci il təvəllüdlü Əmrah Azad oğlu Kərimzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların hər ikisinin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***19:54
Gəncə şəhərində yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
"VAZ-2107" və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.