Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Hadisə
  • 09 fevral, 2019
  • 09:47
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Gəncə. 9 fevral. REPORT.AZ/ Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə baxış keçirilib.

Yaralılar:

 Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü İkram Məhəmməd oğlu Əliyev,

Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Hicran Qasım oğlu Həsənov,

Samux rayon sakini, 1972-ci il təvəllüdlü İntizar Əliheydər qızı Cümşüdova,

Samux rayon sakini 1970-ci il təvəllüdlü Cavid Qəhərəman oğlu Cümşüdov.


*** 11:12

Gəncə. 9 fevral. REPORT.AZ/ Gəncə şəhərində 2 avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobillə "Ford Tranzit" markalı avtomobil toqquşub. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəza nəticəsində xəsarət alanlar olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.