Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var

Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
13 İyun , 2017 18:45
Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var
Report.az

Bakı. 13 iyun. REPORT.AZ/ Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisində qeydə alınıb. 

Belə ki, 1980-ci il təvəllüdlü Goranboy rayon sakini Saday Əşrəf oğlu Allahverdiyev idarə etdiyi "QAZ-2124" markalı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn digər avtomobilə, daha sonra isə yol ayırıcı maneəyə çırpılıb. Nəticədə onun özü ağır, avtomobildə olan həyat yoldaşı isə yüngül xəsarət alıb. Digər avtomobildə isə xəsarət alan olmayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, S.Allahverdiyevin bir ayağı sınıb və bədənin müxtəlif dərəcəli yaraları var. Hazırda travmatologiya şöbəsində olan yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi