Gəncədə yol qəzası baş verdi, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 10 aprel, 2020
  • 19:37
Gəncədə yol qəzası baş verdi, xəsarət alanlar var - YENİLƏNİB

Gəncə şəhərində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"um Qərb Mərkəzi xəbər verir ki, Gəncə şəhər sakini 1953-cü il təvəllüdlü, Ehtiram Mahmud oğlu Axundov idarə etdiyi "VAZ-2107" markalı, avtomobil "Ford" markalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən "VAZ" daş hasara, yük avtomobili isə elektrik dirəyinə çırpılıb.

Nəticədə "VAZ"-ın sürücüsü E.Axundov və sərnişini, 1957-ci il təvəllüdlü İntizam Mahmud oğlu Axundov  Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

E.Mahmudovun vəziyyətinin ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 22:13

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər ərazisində motosiklet və "VAZ" markalı avtomobillər toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

44 filmi