Gəncədə yaşlı qadın evdə yanaraq ölüb - YENİLƏNİB

Gəncədə yaşlı qadın evdə yanaraq ölüb - YENİLƏNİB 20 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub
Hadisə
27 Fevral , 2018 07:07
Gəncədə yaşlı qadın evdə yanaraq ölüb - YENİLƏNİB

Gəncə. 27 fevral. REPORT.AZ/ Gəncə şəhərində fərdi yaşayış evində baş verən yanğın zamanı mənzildə yanaraq ölən şəxsin adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, Nizami (Gəncə) rayonu ərazisində mənzillərin birində baş verən yanğın zamanı ev sahibi, 1950-ci il təvəllüdlü  Natella Əli qızı Katibi yanaraq ölüb. Onun meyiti yanğın kəşfiyyatı zamanı yanğısöndürənlər tərəfindən aşkar olunub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə regional şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***6:48

Gəncə. 27 fevral. REPORT.AZ/ Gəncə şəhərində fərdi yaşayış evində yanğın olub.

“Report”un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nizami rayonu ərazisndə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi, Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib.

Yanğın zamanı evdə qadının yanaraq öldüyü bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi