Gəncədə baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB
- 03 avqust, 2019
- 09:11
Gəncə şəhərində baş verən yanğın söndürülüb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Fikrət Mehdizadəyə məxsus evin həyətindəki tullantılar yandırılıb.
Bu zaman alov yaxınlıqda yerləşən 1962-ci il təvəllüdlü Mirqasım Babayevə məxsus həyətyanı sahədəki yardımçı tikiliyə keçib.
Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.
Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər yüngül yanıq xəsarəti alıb və ona ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
***10:46
Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda tullantıların atıldığı yerdə baş vermiş yanğın yaxınlıqdakı fərdi evə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.
Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.