Gəncədə xəstəlikdən əziyyət çəkən qadın intihar edib

Gəncədə xəstəlikdən əziyyət çəkən qadın intihar edib Gəncə. 1 iyul. REPORT.AZ/ Gəncə şəhərində intihar hadisəsi baş verib.
Hadisə
1 İyul , 2018 15:32
Gəncədə xəstəlikdən əziyyət çəkən qadın intihar edib

Gəncə. 1 iyul. REPORT.AZ/ Gəncə şəhərində intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1953-cü il təvəllüdlü yerli sakin Tağıyeva Sürayə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən qadın 2 saat sonra həkimlərin göstərdiyi səylərə baxmayaraq dünyasını dəyişib.

Qadının uzunsürən xəstəlikdən əziyyət çəkdiyi və bu səbəbdən yaşadığı evdə sirkə turşusu içərək intihar etdiyi bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi