Gəncə şəhərində müxtəlif vaxtlarda mağazalardan, gözəlik salonlarından və ofisdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, müxtəlif vaxtlarda şəhər ərazisindəki 1 ofisdən, 3 mağazadan və 2 gözəllik salonundan ümumilikdə 2605 manat pul və mobil telefon oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, R.İbişov saxlanılıb.
Qeyd edək ki, R.İbişov keçmiş məhkum olub.
Faktla bağlı araşdırma aparılır.