ANAMA-dan “Report”a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə Regional Mərkəzinin əməkdaşları əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Nizami Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə Gəncə çayının sağ sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əl arabasında 4 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkarlanıb, ətrafında 300 kv.m əraziyə yerüstü baxış zamanı məişət tullantıları ərazisindən daha 10 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


