Gəncədə ticarət mərkəzində yanğın olub, xəsarət alan var

Gəncədə ticarət mərkəzində yanğın olub, xəsarət alan var Gəncə. 25 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yanğın olub.
Hadisə
25 Yanvar , 2019 09:17
Gəncədə ticarət mərkəzində yanğın olub, xəsarət alan var

Gəncə. 25 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən "Ucuzluq" ticarət mərkəzində baş verib.

Yanğın nəticəsində xəsarət alan var.

Ticarət mərkəzinin birinci mərtəbəsində baş verən yanğın zamanı ordakı əşyalar, satış üçün nəzərdə tutulan mallar yanıb.

Yanğının baş verməsinin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi