Gəncədə xəstəxananın həyətində tapılan meyitin şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTO

Gəncədə xəstəxananın həyətində tapılan meyitin şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTO Gəncədə xəstəxananın həyətindəki avtomobildə aşkarlanan meytin şəxsiyyəti məlum olub.
Hadisə
18 İyun , 2019 21:45

Gəncədə xəstəxananın həyətindəki avtomobildə aşkarlanan meytin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, araşdırma zamanı onun Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Teymurov olduğu məlum olub.

İlk baxışda meytin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Onun dəqiq ölüm səbəbi aparılan tibbi ekspertizadan sonra məlum olacaq.

Hadisə şahidlərinin sözlərinə görə, meyit aşkarlanan avtomobildə başqa şəxslər də olub. Lakin onlar sonra avtomobili tərk edərək ərazidən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.


***20:34

Gəncə şəhərində xəstəxana həyətində meyit tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, gənc oğlanın meyiti avtomobildə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi