Gəncədə tanışını bıçaqlayan şəxs tutulub

Hadisə
  • 28 may, 2019
  • 06:06
Gəncədə tanışını bıçaqlayan şəxs tutulub

Gəncədə tanışını bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, mayın 28-də gecə saatlarında Gəncə şəhər sakini, 33 yaşlı Elçin Əliyevin döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti