Gəncədə sürücü sükan arxasında infarkt keçirərək qəza törədib - YENİLƏNİB

Gəncədə sürücü sükan arxasında infarkt keçirərək qəza törədib - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Yanvar , 2018 17:40
Gəncədə sürücü sükan arxasında infarkt keçirərək qəza törədib - YENİLƏNİB

Gəncə. 8 yanvar. REPORT.AZ/ Gəncə şəhərində sükan arxasında infarkt keçirən sürücü qəza törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Faiq Muradov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə Dövlət Universitetinin yataqxanasının qarşısındakı hasara çırpılıb. 

Onun ürək xəstəliyindən əziyyət çəkdiyi və sükan arxasında infarkt keçirərək dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


***17:02

Gəncə. 8 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yol qəzası baş verib, sürücü ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə Dövlət Universitetinin yataqxanasının qarşısında baş verib. 

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücü idarəetməni itirərək avtomobili hasara çırpıb. Hadisə zamanı sürücünü nöldüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi