Gəncədə sərxoş sürücü qəza törədib: xəsarət alanlar var - FOTO
- 02 sentyabr, 2017
- 19:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə. 2 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbədə 20-DH-098 dövlət seriya nişanlı, "Niva" markalı avtomobillə 90-NR-668 dövlət seriya nişanlı, "Mercedes-Benz" markalı avtomobil toqquşub. Hadisə zamanı "Niva" markalı avtomobilinin sürücüsü və sərnişini, habelə "Mercedes"dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralılardan birinin – 1961-ci il təvəllüdlü Əliyeva Fəridə Həsən qızının vəziyyətinin orta ağır olduğu bildirilir
Hadisəyə səbəb kimi "Niva" markalı avtomobilin sürücüsünün sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.