Gəncədə sərnişin daşıyan mikroavtobus piyadanı vuraraq öldürüb - YENİLƏNİB-2

Gəncədə sərnişin daşıyan mikroavtobus piyadanı vuraraq öldürüb - YENİLƏNİB-2 Gəncədə sərnişin daşıyan mikroavtobusun vuraraq ağır xəsarət yetirdiyi piyada yerləşdirildiyi xəstəxanada ölüb.
Hadisə
7 Aprel , 2019 22:05
Gəncədə sərnişin daşıyan mikroavtobus piyadanı vuraraq öldürüb  - YENİLƏNİB-2

Gəncədə sərnişin daşıyan mikroavtobusun vuraraq ağır xəsarət yetirdiyi piyada yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, ölən piyadanın kimliyi məlum olub. Bu 1930-cu il təvəllüdlü Nəriman Məmmədovdur.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 


22:02

Gəncədə sərnişin daşıyan mikroavtobus piyadanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncədə sərnişin daşıyan mikroavtobusun vuraraq ağır xəsarət yetirdiyi piyada yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


21:21

"Report"un Qərb bürosunun məlumatına görə, hələki şəxsiyyəti məlum olmayan yaşlı kişi mikroavtobusa minmək istəyən zaman həmin nəqliyyat vasitəsi onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi