Gəncədə saxta “Ariel” və “Fairy” satan şəxs saxlanılıb

Gəncədə saxta “Ariel” və “Fairy” satan şəxs saxlanılıb Bakı. 16 aprel. REPORT.AZ/ Gəncə şəhərində saxta “Ariel” və “Fairy”ni qablaşdırıb satan şəxs saxlanılıb.
Hadisə
16 Aprel , 2018 13:32
Gəncədə saxta “Ariel” və “Fairy” satan şəxs saxlanılıb

Bakı. 16 aprel. REPORT.AZ/ Gəncə şəhərində saxta “Ariel” və “Fairy”ni qablaşdırıb satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrinin satılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə “Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb.

Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş “Ariel” salafan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi