Gəncədə qətl törədən şəxs saxlanılıb
Hadisə
- 23 oktyabr, 2019
- 08:33
Gəncədə qətl törədən şəxs saxlanılıb.
Bu barədə "Report"un Qərb Mərkəzinə DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, oktyabrın 22-də saat 22 radələrində Gəncə şəhər sakinləri Ə.Verdiyev və Ə.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi, Ə.Verdiyevin orada ölməsi barədə Nizami (Gəncə) Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisənin münaqişə zəminində şəhər sakini E.Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb.
Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Son xəbərlər
21:41
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə21:29
Kabo Verdedə avtobusun uçuruma yuvarlanması nəticəsində ölənlərin sayı 25-ə çatıb – YENİLƏNİB
Digər ölkələr21:11
Türkiyədə mikroavtobus su kanalına aşıb, 15 nəfər xəsarət alıb
Region20:58
Foto
Kiyevdə Zelenskinin Uitkoff və Kuşnerlə 4 saatlıq görüşü başa çatıb
Digər ölkələr20:47
"Axios": Uitkoff və Kuşner qışadək Rusiya-Ukrayna danışıqlarında irəliləyiş axtarırlar
Digər ölkələr20:22
Meksikada pirotexniki vasitələrin partlayışı nəticəsində doqquz nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr19:58
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib
Futbol19:56
Kuşner: Tramp təkcə müharibəyə son qoymaq deyil, həm də Ukraynaya davamlı sülh üçün şərait yaratmaq istəyir
Digər ölkələr19:50
Foto