Gəncədə qadın piyadanı avtomobil vuraraq öldürüb

Hadisə
  • 11 dekabr, 2019
  • 11:28
Gəncədə qadın piyadanı avtomobil vuraraq öldürüb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qadın piyadanı yolu keçmək istəyərkən avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.