Gəncədə qadın bədbəxt hadisə nəticəsində ölüb - YENİLƏNİB

Gəncədə qadın bədbəxt hadisə nəticəsində ölüb - YENİLƏNİB Onun üzərinə dəmir konstruksiya aşıb
Hadisə
7 Fevral , 2019 17:02
Gəncədə qadın bədbəxt hadisə nəticəsində ölüb - YENİLƏNİB

Gəncə. 7 fevral. REPORT.AZ/ Gəncə şəhərində 46 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1973-cü il təvəllüdlü Aytəkin Həmdəm qızı Qəhrəmanovanın üzərinə dəmir konstruksiya aşıb. Ağır xəsarət alan qadın xəstəxanaya aparılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


*** 00:12

Gəncə. 7 fevral.  REPORT.AZ/ Gəncə şəhərində qadın küçədə bədbəxt hadisəsi zamanı ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan qadının üzərinə dəmir konstruksiya aşıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı qadın "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi