Gəncədə qadın avtobusdan yıxılıb
Hadisə
- 11 aprel, 2017
- 18:22
Gəncə. 11 aprel. REPORT.AZ/ Gəncə şəhərində marşrut avtobusdan düşmək istəyən qadın yıxılaraq ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında baş verib.
Belə ki, 33 saylı xətt üzrə işləyən mikroavtobusun sərnişini, 1950-ci il təvəllüdlü Gəncə şəhər sakini Həsənova Gilaxanım düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.
Yaxınlarının dediyinə görə, o, mikroavtobusdan düşmək istəyən zaman maşın hərəkət etdiyi üçün yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:46
Foto
Cəmil Əliyev 10 saat fasiləsiz üzməklə Azərbaycan rekorduna imza atıb
Fərdi12:45
İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
Hadisə12:42
İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək
Xarici siyasət12:41
Azərbaycan XİN: İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb
Xarici siyasət12:40
Nicat İmanov: "Vergi Məcəlləsi sahibkarlarla müzakirə aparılmadan dəyişdirilmir"
Biznes12:34
Sabah 17 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya12:34
Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri informasiya sistemlərini bir-birinə inteqrasiya edəcək
Digər12:30
Albaneze Avstraliya hərbi qüvvələrinin Yaxın Şərqə göndərildiyini açıqlayıb
Digər ölkələr12:29