Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB Gəncə. 16 mart. REPORT.AZ/ Gəncə şəhərində yol-nqəliyyat hadisəsi zamanı ölən piyadanın adı məlum olub.
Hadisə
16 Mart , 2018 21:42
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB
Foto: "Report"

Gəncə. 16 mart. REPORT.AZ/ Gəncə şəhərində yol-nqəliyyat hadisəsi zamanı ölən piyadanın adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini, 1942-ci il təvəllüdlü Knyaz Bayramovu yolun hərəkət hissəsində avtomobil vuraraq öldürüb. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb. 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


***21:28

Gəncə. 16 mart. REPORT.AZ/ Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.  

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində keçinib. 

Hadisə yerinə hüquq-mühafiozə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi