Gəncədə ölümlə nəticələnən avtomobil qəzası baş verib
Hadisə
8 Noyabr , 2014
09:37
https://static.report.az/photo/0c42cd98-e78f-45a0-aed3-e583fe3986b9.jpg
Bakı. 8 noyabr. REPORT.AZ/ Gəncə şəhərində “VAZ” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, “VAZ” markalı minik avtomobili deformasiyaya uğrayıb, sürücü sıxılmış vəziyyətydə qalıb. Xilasedicilər meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Rus versiyası
В Гяндже произошло ДТП со смертельным исходом