Gəncədə oğul atasını qətlə yetirib - YENİLƏNİB-2

Gəncədə oğul atasını qətlə yetirib - YENİLƏNİB-2 Gəncə şəhərində atasını bıçaqlayaraq öldürən şəxsin adı məlum olub.
Hadisə
15 Noyabr , 2019 22:11
Gəncədə oğul atasını qətlə yetirib - YENİLƏNİB-2

Gəncə şəhərində atasını bıçaqlayaraq  öldürən şəxsin adı məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Dadaşov Yüsif Mübariz oğlu sərxoş vəziyyətdə hələlik məlum olmayan səbəbdən atasını bıçaqlayaraq öldürüb. 

Hadisəni törədən Y.Dadaşov istintaqa ilkin ifadəsində hadisə baş verən zaman sərxoş olduğunu və atasını hansı səbəbdən bıçaqlayaraq qətlə yetirdiyini xatırlamadığını bildirib. 


*** 21:56

Gəncə şəhərində 52 yaşlı kişinin oğlu tərəfindən qətlə yetirldiyi məlum olub. 

"Report"un Qərb Mərkəzi xəbər verir ki, Kəpəz rayonu ərazisində M.Dadaşov bir neçə bıçaq zərbəsi alaraq ölüb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, onu bıçaqlayaraq qətlə yetirən şəxs oğlu olub: "Ölən şəxs yolun kənarında dayanmışdı. Birdən yolun qarşı tərəfindən bir nəfər əlində bıçaq və "ata", "ata" çağırırdı. Birdə o, qışqıra-qışqıra yolun kənarında dayanan şəxsə yaxınlaşdı. Biz hadisə onlara çatana qədər isə oğlan həmin şəxsi bıçaqlayıb qaçmışdı".

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


*** 19:48

Gəncə şəhərində 52 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib. 

"Report"un Qərb Mərkəzi xəbər verir ki, şəhər sakini, 1967-ci il təvəllüdlü Mübariz Dadaşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 

Hadisəsnin kim tərəfindən və hansı zəmində törədilməsi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi