Gəncədə oğru bıçaqlandı

Hadisə
  • 13 aprel, 2020
  • 05:33
Gəncədə oğru bıçaqlandı

Gəncə şəhərində marketdən oğurluq edən Göygöl sakini bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Zeynalov polisə müraciət edərək bildirib ki, bir neçə gün öncə Gəncə şəhərində yerləşən marketlərin birindən spirtli içki oğurlamaq istəyən zaman marketin işçiləri tərəfindən tutulub. Bu zaman onlardan biri tərəfindən bıçaqlanıb.

Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

44 filmi