Gəncədə "Niva" DYP-nin avtomobilinə çırpılıb

Gəncədə "Niva" DYP-nin avtomobilinə çırpılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Mart , 2018 11:46
Gəncədə Niva DYP-nin avtomobilinə çırpılıb

Gəncə. 24 mart. REPORT.AZ/ Gəncə şəhərində "Niva" markalı avtomobil Dövlət Yol Polisinə (DYP) məxsus avtomobilə çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Hərəkətdə olan "Niva" idarəetmədən çıxaraq qarşı yolda olan DYP-yə məxsus "BMW"yə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi