Yuxarı
    Bağlamaq

    ​Gəncədə Nardaran hadisələrinə dəstək vermək istəyən iki nəfər tutulub, onlardan qumbara götürülüb

    Onlardan biri polis mayoruna baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib

    Onlardan biri polis mayoruna baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib

    Bakı. 27 noyabr. REPORT.AZ/ Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman birliyi” adlı hərəkata dəstək məqsədilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən tutulub. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, ondan “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.

    Bundan başqa, həmin gün Gəncə şəhər sakini Ruzi İsmayılov Nardaran hadisələri ilə əlaqədar “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədilə Şah Abbas məscidinin qarşısına gəlib. Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib. R.İsmayılov tutulub və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.

    Araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi