Gəncədə mənzildən 54 yaşlı kişi meyiti tapılıb

Hadisə
  • 08 yanvar, 2023
  • 05:28
Gəncədə mənzildən 54 yaşlı kişi meyiti tapılıb

Gəncə şəhər Şahlar Hüseynov küçəsində yerləşən mənzillərin birindən meyit tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü R.Tağıyevin meyiti yaşadığı ünvanda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Onun ölüm səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.