Gəncədə mənzildə yaşlı kişinin meyiti aşkarlandı

Gəncədə mənzildə yaşlı kişinin meyiti aşkarlandı Gəncədə mənzildən meyit tapılıb.
Hadisə
15 Mart , 2020 19:29
Gəncədə mənzildə yaşlı kişinin meyiti aşkarlandı

Gəncədə mənzildən meyit tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Məmmədov Xeyrəddin Abdı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi