Gəncədə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən gənc ölüb

Hadisə
  • 21 iyun, 2018
  • 05:23
Gəncədə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən gənc ölüb

Gəncə. 21 iyun. REPORT.AZ/ Gəncə şəhərində gənc oğlan naməlum şəraitdə komatoz vəziyyətə düşərək xəstəxanaya yerləşdirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü Babək Zeynal oğlu Xəlilov gecə saatlarında yerləşdirildiyi xəstəxananın Reanimasiya şöbəsində ölüb.

 Onun hansı şəraitdə komatoz vəziyyətə düşdüyü barədə hələlik məlumat yoxdur.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.